...

Azərbaycanın iki rayonunda qaz təchizatında məhdudiyyətlər olunur

Energetika Materials 25 Yanvar 2013 13:01 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq 25 yanvar 2013-cü il tarixidə saat 10:00-dan 17:00-dək Bakının Binə qəsəbəsinə və Ucar rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.
Azərbaycanın iki rayonunda qaz təchizatında məhdudiyyətlər olunur

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir E.İsmayılov/

Təmir işləri ilə əlaqədar olaraq 25 yanvar 2013-cü il tarixidə saat 10:00-dan 17:00-dək Bakının Binə qəsəbəsinə və Ucar rayonuna təbii qazın verilişində fasilələr yaranacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyindən cümə günü xəbər verilib.

Saat 17:00-dək Xəzər rayonunun Binə qəsəbəsinə və Südçülük savxozu adlanan yaşayış massivinə, saat 18:00-dək Ucar şəhəri də daxil olmaqla rayonun Qarabörk, Rəstəcə və Gəraybəyli kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi yeni qaz xəttinin qoşulması üzrə işlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti