...

Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 30 Yanvar 2013 10:28 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq 30 yanvar 2013-cü il tarixdə saat 10:00-dan etibarən Azərbaycanın yeddi rayonuna qazın verilməsində fasilələr yaranacaq.
Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 30 yanvar / Trend, müxbir E.İsmayılov/

Təmir işləri ilə əlaqədar olaraq 30 yanvar 2013-cü il tarixdə saat 10:00-dan etibarən Azərbaycanın yeddi rayonuna qazın verilməsində fasilələr yaranacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən çərşənbə günü verilən məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, respublikanın Şəki, Oğuz, Qax, Zaqatala, Balakən, eləcə də Yevlax və Ağdaş rayonlarının qaz təchizatında məhdudiyyət olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti