...

Sabah Bakının bir sıra rayonlarında qaz olmayacaq

Energetika Materials 7 Fevral 2013 18:12 (UTC +04:00)
Bakının bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Sabah Bakının bir sıra rayonlarında qaz olmayacaq

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Bakının bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend "Azəriqaz" İstehsalat Birliyinə istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq fevralın 8-də saat 10:00-dan 17:00-dək "Binə" qazpaylayıcı stansiyasından Binə qəsəbəsinə gedən orta təzyiqli qaz kəmərində və "Ramanı" qazpaylayıcı stansiyasından qidalanan "Ramanı" orta təzyiqli qaz kəmərində, həmçinin saat 10:00-dan 13:00-dək "Keşlə" qazpaylayıcı stansiyasından qidalanan "Xətai" orta təzyiqli qaz kəmərində, saat 10:00-dan 14:00-dək isə "30-cu sahə" qazpaylayıcı stansiyasında "Nizami ümumi" kollektorundan qidalanan "Zavodlar" qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xətai rayonunun bir hissəsinə, Xəzər rayonunun Binə qəsəbəsinə, Südçülük sovxozu və Atçılıq adlanan yaşayış massivlərinə, Sabunçu rayonunun Ramana və Yeni Ramana kəndlərinə, eyni zamanda, Nizami rayonunun NZS adlanan yaşayış məntəqəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti