...

Göyçay və Xaçmaz rayonlarının daha bir neçə yaşayış məntəqəsinə təbii qaz verilib

Energetika Materials 6 Mart 2013 18:21 (UTC +04:00)
Bu gün Göyçay və Xaçmaz rayonlarının daha bir neçə məntəqəsinə təbii qaz verilib.
Göyçay və Xaçmaz rayonlarının daha bir neçə yaşayış məntəqəsinə təbii qaz verilib

Azərbaycan, Bakı, 6 mart /Trend/

Bu gün Göyçay və Xaçmaz rayonlarının daha bir neçə yaşayış məntəqəsinə təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Göyçay rayonunun Cəyirli və Qubadlı Şıxlı kəndlərinə təbii qazın verilişinin bərpa olunması ilə bağlı keçirilmiş tədbirdə bildirilib ki, 300 abonenti olan Cəyirli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 17300 metr uzunluğunda polietilen, 5015 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 300 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 109 abonenti olan Qubadlı Şıxlı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 3160 metr müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, bütün mənzillərdə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Həmin gün Xaçmaz rayonunun Hacıisaoba kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə də mərasim keçirilib. Tədbirdə bildirilib ki, 80 abonenti olan kəndin qazlaşdırlması üçün birpilləli sistem əsasında 1300 metr uzunluğunda polietilen və 4664 metr uzunluğunda müxtəlif diametrli metal borularla qaz xətti çəkilib, 80 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti