Gürcüstan, Tbilisi, 11 mart /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın energetika naziri Kaxa Kaladze və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Tbilisidə avtomobilləri həm neft, həm də qazla dolduracaq ilk YDM-in açılışında iştirak edib.
Abdullayevin sözlərinə görə, bu il Gürcüstanda 20 belə çoxfunksiyalı YDM istismara veriləcək.
"Biz aktiv şəkildə Gürcüstanda YDM-lər tikirik və bu proqram gələcəkdə də davam etdiriləcək. Həmçinin, bu layihələrə yeniliklər də əlavə edirik", - o qeyd edib.