Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir E.İsmayılov/
Rumıniya Prezidenti Trayan Basesku ölkəsinin "Nabucco Gas Pipeline International GmbH" və Rumıniyanı "Nabucco" konsorsiumunda təmsil edən şirkət arasında imzalanmiş sazişi təsdiq edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Nabucco" konsorsiumunun yaydığı məlumatda deyilir.
"Nabucco Gas Pipeline International GmbH" şirkətinin idarəçi direktoru Reynhard Mitçekin sözlərinə görə, konsorsium Rumıniyanın "Nabucco" boru kəmərini yenidən dəstəkləməsini alqışlayır.
"Bu, "Nabucco" qaz kəmərinin inkişaf mərhələlərini əks etdirən irəliyə daha bir vacib addımdır. "Nabucco" enerji daşıyıcılarının Avropaya tədarükünün şaxələndirilməsi və təhlükəsizliyini təmin etməyə imkan verəcək.
"Nabucco Gas Pipeline International GmbH" şirkətinin maliyyə direktoru Frank Zibert bildirib ki, qaz kəməri layihəsi bütün maraqlı tərəflər üçün əlverişli ssenaridir.