...

AÇG və Bakı-Tbilisi-Ceyhan layihələrindəki payın satışı üzrə razılaşma yekunlaşdı (ƏLAVƏ OLUNUB)

Energetika Materials 29 Mart 2013 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.İsmayılov/

"Hess Corporation" "Azəri-Çıraq-Günəşlı" (AÇG) neft-qaz layihəsi və Bakı-Tbilisi-Ceyhan neft kəmərindəki payının Hindistanın "ONGC Videsh" şirkətinə satışı üzrə razılaşmanı yekunlaşdırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "Hess" korporasiyası xəbər yayıb.

Razılaşmanın şərtlərinə görə, "Hess" AÇG layihəsində olan payının 2,72 faizini, BTC-dəki payının isə 2,36 faizini "ONGC Videsh" şirkətinə 1 milyard ABŞ dollarına satıb. Vergilərin çıxılmasından sonra sazişdən qalan təmiz gəlir 884 milyon dollar təşkil edəcək.

Otən ilin sentyabr ayının əvvəlində ABŞ-ın "Hess" şirkəti Azərbaycanda həyata keçirilən layihələrdəki payını Hindistanın "ONGC Videsh" şirkətinə satmağa razılıq vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti