Azərbaycan, Bakı, 29 mart /Trend/
Sabah Bakının bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, martın 30-da saat 12:00-dan etibarən "Mədən" qazpaylayıcı stansiyasından qidalanan "Bakqaz" qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Səbail, Yasamal və Nəsimi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.