...

Azərbaycanda "smart-kart" tipli qaz sayğaclarına ödənişləri təmin edən proqram təminatı gücləndirilib

Energetika Materials 3 Aprel 2013 16:36 (UTC +04:00)
“Smart-kart” tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi və ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemləri aradan qaldırmaq məqsədi ilə bir sıra yeniliklər tətbiq edilib, zəruri islahatlar aparılıb.
Azərbaycanda "smart-kart" tipli qaz sayğaclarına ödənişləri təmin edən proqram təminatı gücləndirilib

Azərbaycan, Bakı, 3 aprel /Trend/

"Smart-kart" tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi və ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemləri aradan qaldırmaq məqsədi ilə bir sıra yeniliklər tətbiq edilib, zəruri islahatlar aparılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, kütləvi ödənişlərin artması daha güclü proqram təminatına ehtiyac yaratdığından mart ayından etibarən ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən yenilənmiş proqram təminatının tətbiqinə başlanılıb. Bu, təxminən 1 milyon abonentə keyfiyyətli xidmət göstərməyə imkan verəcək. Bundan əlavə, "smart-kart" tipli qaz sayğaclarının ödəmə məntəqələrinin şəbəkəsi də genişləndirilib. Cari ilin mart ayından etibarən istehlakçılar ödənişləri mövcud ödəniş terminalları ilə yanaşı, digər bir şirkət - "Modenis" MMC-yə məxsus ödəniş terminallarında da həyata keçirə biləcəklər.

1 aprel 2013-cü il tarixə olan məlumata görə, əhali kateqoriyasına aid olan abonentlərin mənzillərində 700 285 ədəd "smart-kart" tipli qaz sayğacı quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti