Azərbaycan, Bakı, 8 aprel /Trend/
2013-cü ilin mart ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 16 246 metr qazma işi həyata keçirib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 15 328 metri istismara, 918 metri kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2013-cü ilin yanvar-mart aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 40 845 metr qazma işi görülüb ki, bunun da 37 525 metri istismara, 3320 metri kəşfiyyata aid olub.