Azərbaycan, Bakı, 22 may /Trend/
Ermənistan üçün İran qazı Rusiya qazına alternativ ola bilməz. Trend-in çərşənbə günü Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu ölkənin energetika və təbii resurslar naziri Armen Movsisyan ABŞ səfirliyinin təşkil etdiyi "Ermənistanın enerji sahəsinin gələcəyi: enerji təchizatı və bərpa edilən enerji məsələləri" forumunda deyib.
Movsesyan bildirib ki, İran qazının qiyməti Rusiyanın təklif etdiyi qiymətdən çox yüksəkdir, buna görə də İran qazı regionda alternativ ola bilməz.
Onun sözlərinə görə, qazın qiyməti üzrə Rusiya ilə danşıqlar tamamlanadək 180 dollar dəyərində tarif dəyişməz qalacaq, müzakirələrin nəticəsi üzrə hökumət problemin həllinə dair qərar verəcək.