...

"GDF Suez" "Nabucco" boru kəmərinin səhmdarı olacaq (ƏLAVƏ OLUNUB)

Energetika Materials 28 May 2013 13:28 (UTC +04:00)
"Nabucco Gas Pipeline International GmbH" layihəsi Fransa energetika qrupu "GDF Suez"in Avstriyanın "OMV" şirkəti ilə layihədə birgə iştirak payının alınması barədə saziş imzalamasını alqışlayır.
"GDF Suez" "Nabucco" boru kəmərinin səhmdarı olacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 may /Trend/

Fransanın "GDF Suez" konsorsiumu "Nabucco" boru kəmərinin səhmdarı olacaq.

"Nabucco Gas Pipeline International GmbH" layihəsi Fransa energetika qrupu "GDF Suez"in Avstriyanın "OMV" şirkəti ilə layihədə birgə iştirak payının alınması barədə saziş imzalamasını alqışlayır. Trend-in məlumatına görə, bu barədə konsorsiumun çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bununla da "GDF Suez" şirkəti "Nabucco" səhmdarlarının - OMV (Avstriya), FGSZ (Macarıstan), Transgaz (Rumıniya), VEN (Bolqarıstan) və BOTAŞ (Türkiyə) - sırasına daxil olur.

"Nabucco Gas Pipeline International GmbH"in icraçı direktoru Reynhard Mitçek bildirib ki, bu gün imzalanan sazişdən sonra "Nabucco"nun ümumavropa dəyəri əhəmiyyətli dərəcədə artır.

Onun sözlərinə görə, "GDF Suez"in daxil olması layihə səhmdarlarının strukturunu möhkəmləndirir və Fransa bazarına yol açır: "Avropada ən böyük qaz nəqli şəbəkəsinin operatoru kimi "GDF Suez"in sənaye ekspertizası və onun Avropada təbii qazın həcminə görə ikinci iri alıcı statusuna malik olması layihəyə böyük üstünlük verir. "GDF Suez" artıq "Nabucco" ölkələrində aktiv fəaliyyət göstərir".

"Nabucco Gas Pipeline International GmbH"in maliyyə direktoru Frank Zibert də "GDF Suez"in layihəyə qoşulmasını alqışlayıb: "Layihənin səhmdarlarının geniş strukturu sahənin Avropa liderlərindən ibarətdir. Bu da maliyyələşdirmənin güclü strukturu üçün əhəmiyyətli addımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti