...

IFC Türkiyədə NEZ-in tikintisinə 150 milyon dollar ayıracaq

Energetika Materials 2 İyul 2013 20:49 (UTC +04:00)
Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Direktorlar Şurası avqustun 12-də Türkiyənin İzmir şəhərində "STAR Rafineri A.S." neft emalı zavodunun (NEZ) tikintisi üçün 150 milyon dollar həcmində maliyyələşdirməni bəyənməyi planlaşdırır.
IFC Türkiyədə NEZ-in tikintisinə 150 milyon dollar ayıracaq

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.Xəlilova/

Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Direktorlar Şurası avqustun 12-də Türkiyənin İzmir şəhərində "STAR Rafineri A.S." neft emalı zavodunun (NEZ) tikintisi üçün 150 milyon dollar həcmində maliyyələşdirməni bəyənməyi planlaşdırır. Bu barədə Trend çərşənbə axşamı IFC-nin rəsmi saytına istinadən məlumat verir.

Korporasiyanın məlumatında deyilir: "Gündəlik 2,14 min barel neft (ildə isə 10 milyon ton) emal etmək gücünə malik NEZ-in tikinti layihəsi və istismarının dəyəri 5,3 milyard dollar təşkil edir. Zavod 4 il ərzində tikiləcək".

IFC birbaşa maliyyə yardımı ilə yanaşı, kommerisya banklarından 150 milyon dollar məbləğində maliyyələşdirməni təşkil etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti