...

Azərbaycanda I yarımildə 11 milyard kVt/s elektrik enerjisi istehsal edilib

Energetika Materials 8 İyul 2013 15:18 (UTC +04:00)
"Azərenerji" ASC ilin I yarısında təqribən 10,9 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.
Azərbaycanda I yarımildə 11 milyard kVt/s elektrik enerjisi istehsal edilib

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" ASC ilin I yarısında təqribən 10,9 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Bu göstərici ötən ilin müvafiq dövründə 11,1 milyard kilovat-saatdan çox olub. Bu barədə Trend-ə ASC-dən məlumat verilib.

Məlumata görə, ASC iyunda 1,5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib. Bu rəqəm ötən ilin müvafiq dövründə təqribən 1,6 milyard kilovat-saat olub.

Həmçinin, iyunda Rusiya, İran, Türkiyə və Gürcüstanla planlı elektrik enerjisi mübadiləsi davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti