...

Azərbaycanda yanvar-iyulda 12 milyard kVt/s-dən çox elektrik enerjisi istehsal edilib

Energetika Materials 7 Avqust 2013 14:41 (UTC +04:00)
"Azərenerji" ASC ilin yanvar-iyul aylarında 12,6 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib.
Azərbaycanda yanvar-iyulda 12 milyard kVt/s-dən çox elektrik enerjisi istehsal edilib

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" ASC ilin yanvar-iyul aylarında 12,6 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib. Bu göstərici ötən ilin müvafiq dövründə təqribən 12,8 milyard kilovat-saat olub. Bu barədə Trend-ə ASC-dən məlumat verilib.

Məlumata görə, ASC iyulda təqribən 1,8 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Bu rəqəm ötən ilin müvafiq dövründə təqribən 1,7 milyard kilovat-saat olub.

Həmçinin iyunda Rusiya, İran, Türkiyə və Gürcüstanla planlı elektrik enerjisi mübadiləsi davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti