...

Rusiya Azərbaycanda qaz mühərrik yanacağı bazarının inkişafında maraqlıdır

Energetika Materials 14 Avqust 2013 01:03 (UTC +04:00)
Rusiya Azərbaycanda qaz mühərrik yanacağı bazarının inkişafında maraqlıdır.
Rusiya Azərbaycanda qaz mühərrik yanacağı bazarının inkişafında maraqlıdır

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Rusiya Azərbaycanda qaz mühərrik yanacağı bazarının inkişafında maraqlıdır. Bu barədə RF Energetika Nazirliyinin məlumatında Rusiya və Azərbaycan dövlət başçılarının çərşənbə axşamı Bakıda keçirilən ikitərəfli görüşünün nəticələrinə dair açıqlamasında deyilir. Görüşdə Rusiya energetika naziri Aleksandr Novak da iştirak edib. Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.

Tərəflər respublika ərazisində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü müzakirə ediblər. Görüşdə xüsusilə Azərbaycanda qaz mühərrik yanacağı bazarının inkişafı məsələsinə toxunulub.

Səfərin nəticələrinə əsasən, neft-qaz və elektrik enerjisi sahələrində Rusiya və Azərbaycan enerji şirkətləri arasında bir neçə saziş imzalanıb.

Bakıdakı işçi görüşündə "Rosneftin" rəhbəri İqor Seçin də iştirak edib. "Rosneft" şirkətinin qaz strategiyasının prioritet istiqamətlərindən biri olan, qaz mühərrik yanacağının istifadəsini genişləndirməkdə maraqlıdır. Belə ki, yayda şirkət Rusiyanın bir sıra regionlarının, o cümlədən, Yaroslavl, Ryazan, Murmansk, Saxalin, İrkutsk vilayətləri, Krasnodar və Krasnoyarsk diyarları ilə qaz mühərrik yanacağı sahəsində layihələrin inkişafı haqqında sazişlər imzalayıb. Əvvəllər analoji saziş Stavropol diyarı, eləcə də Samara, Oryol və Voronej vilayətləri ilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti