...

ARDNŞ qış mövsümündə Azərbaycan əhalisinin qaza olan tələbatını tamamilə ödəyəcək

Energetika Materials 10 Sentyabr 2013 11:07 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)“Azəriqaz” İstehsalat Birliyi (İB) hazırlanan tədbirlər planı çərçivəsində Azərbaycan ərazisində payız-qış mövsümünə hazırlıq aparır.
ARDNŞ qış mövsümündə Azərbaycan əhalisinin qaza olan tələbatını tamamilə ödəyəcək

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi (İB) hazırlanan tədbirlər planı çərçivəsində Azərbaycan ərazisində payız-qış mövsümünə hazırlıq aparır. Bu barədə çərşənbə axşamı Trend-ə İB-dən bildirilib.

İB-dən vurğulanıb: "Qış mövsümünə hazırlıq çərçivəsində tədbirlər planı hazırlanıb və hazırda ona uyğun olaraq nəzərdə tutulmuş işlər aparılır".

"Azəriqaz"dan bildirilib ki, köhnə qaz boru kəmərlərinin təmiri və yenilərinin çəkilməsi, o cümlədən qaz qurğuları və digər işlər üzrə tənzimlənmə işləri davam etdirilir.

Paylayıcı şəbəkəyə qış göstəriciləri ilə qaz təchizatına keçidin müddətlərinə gəldikdə isə "Azəriqaz"dan vurğulanıb ki, bu hava şəraitindən asılıdır və ilin soyuq vaxtında istehlakçıların qazla bağlı təminatında heç bir problem olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti