Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
Bu gün Xaçmaz rayonunun Dədəli kəndinə təbii qazın verilişinin bərpa olunması münasibətilə tədbir keçirilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 290 abonenti olan Dədəli kəndinin yenidən qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 17 951 metr olan müxtəlif diametrli polad və 3862 metr uzunluğunda polietilen borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 290 sayğac və fərdi tənzimləyici quraşdırılıb.