...

Füzuli, Yevlax və Zərdab rayonlarının 4 yaşayış məntəqəsinə təbii qaz verilib

Energetika Materials 27 Sentyabr 2013 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Bu gün Füzuli, Yevlax və Zərdab rayonlarının 4 yaşayış məntəqəsinə təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon icra hakimiyyətlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Füzuli rayonunun 2-ci Zobcuq qəsəbəsinə ilk dəfə təbii qazın verilməsi ilə əlaqədar keçirilmiş mərasimdə qeyd edilib ki, 504 abonenti olan qəsəbənin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 20 kilometr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 504 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Yevlax rayonunun Marzılı və Hacıselli kəndlərinə təbii qazın verilişi bərpa olunub. Bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 284 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 22,8 kilometr uzunluğunda müxtəlif diametrli polietilen borularla daşıyıcı və 13,4 kilometr uzunluğunda polad borularla məhəllədaxili qaz xətləri çəkilib, 284 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Zərdab rayonunun Dəkkəoba kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə qeyd edilib ki, bu məqsədlə birpilləli sistem əsasında ümumi uzunluğu 27,6 kilometr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 288 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti