...

Yardımlı, Ağdaş, İmişli və Lənkəran rayonlarının daha 5 kəndinə təbii qaz verilib

Energetika Materials 7 Oktyabr 2013 18:25 (UTC +04:00)
Bu gün Yardımlı, Ağdaş, İmişli və Lənkəran rayonlarının daha 5 kəndinə təbii qaz verilib.
Yardımlı, Ağdaş, İmişli və Lənkəran rayonlarının daha 5 kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Bu gün Yardımlı, Ağdaş, İmişli və Lənkəran rayonlarının daha 5 kəndinə təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə "Azəriqaz" İB-nin və rayon rəhbərliklərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yardımlı rayonunun Qabaqdibi kəndinə ilk dəfə olaraq təbii qaz verilməsi münasibətilə keçirilmiş mərasimdə qeyd edilib ki, kəndin təbii qazla təchiz edilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 14 kilometr olan müxtəlif diametrli polad borulardan istifadə edilib, 178 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Lənkəran rayonunun Viravul kəndinə təbii qazın verilişi bərpa edilib. Bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, 861 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 16,5 kilometr uzunluğunda polietilen və 20,2 kilometr uzunluğunda polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 861 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün İmişli rayonunun Rəsullu kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu məqsədlə keçirilmiş mərasimdə qeyd edilib ki, 263 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18,3 kilometr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 263 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Ağdaş rayonunun Güvəkənd və Əmirarx kəndlərinə təbii qaz verilşinin bərpa olunması münasibətilə keçirilmiş tədbirdə isə bildirilib ki, ümumilikdə 448 abonenti olan kəndlərin qazlaşdırılması üçün ikipilləli sistem əsasında 28,5 kilometr uzunluğunda polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 448 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti