...

Azərbaycanın bir sıra rayonlarına qazın verilişi məhdudlaşdırılıb

Energetika Materials 14 Oktyabr 2013 13:35 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar 14 oktyabr 2013-cü il tarixdə saat 10:00-dan 18:00-dək “Zeytun”, “BERZ” Qazpaylayıcı Stansiyalarında, “Zirə əhali”, “Dübəndi bağları-1”, “Dübəndi bağları-2”, “Dübəndi bağları-3”, “Dübəndi qəsəbəsi”, “Damba”, “Bakıelektro”, “Dübəndi südçülük”, “İstixanalar” və “Xaçmaz” ölçü qovşaqlarından təbii qaz təchizatı dayandırılacaq.
Azərbaycanın bir sıra rayonlarına qazın verilişi məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir E. İsmayılov/

Təmir işləri ilə əlaqədar 14 oktyabr 2013-cü il tarixdə saat 10:00-dan 18:00-dək "Zeytun", "BERZ" Qazpaylayıcı Stansiyalarında, "Zirə əhali", "Dübəndi bağları-1", "Dübəndi bağları-2", "Dübəndi bağları-3", "Dübəndi qəsəbəsi", "Damba", "Bakıelektro", "Dübəndi südçülük", "İstixanalar" və "Xaçmaz" ölçü qovşaqlarından təbii qaz təchizatı dayandırılacaq.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azəriqaz" İstehsalat Birliyinin yaydığı xəbərdə deyilir.

Təmir işləri aparılan müddətdə Xəzər rayonunun Zirə südçülük, Xaşaxuna, Dübəndi bağları, Damba adlanan yaşayış sahələrinə, həmçinin Xaçmaz şəhəri daxil olmaqla rayonun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti