...

Azərbaycanda ilin əvvəlindən əhali kateqoriyasına aid abonentlərə 1,4 milyard kubmetrdən çox təbii qaz satılıb

Energetika Materials 17 Oktyabr 2013 18:11 (UTC +04:00)
2013-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əhali kateqoriyasından olan abonentlərə 1 464 051 023 kubmetr həcmində təbii qaz satılıb, qarşılığında 103,96 faiz həcmində vəsait toplanıb.
Azərbaycanda ilin əvvəlindən əhali kateqoriyasına aid abonentlərə 1,4 milyard kubmetrdən çox təbii qaz satılıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

2013-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən əhali kateqoriyasından olan abonentlərə 1 464 051 023 kubmetr həcmində təbii qaz satılıb, qarşılığında 103,96 faiz həcmində vəsait toplanıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, o cümlədən, sentyabr ayı üzrə satılmış 69 908 052 kubmetr təbii qazın qarşılığında toplanmış vəsaitin həcmi 121,08 faiz təşkil edib. Bu, 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılmış qaz həcmlərinin dəyərinin abonentlər tərəfindən yaz-yay mövsümündə ödənilməsi ilə əlaqədar olub. Nəticədə 2013-cü ilin sentyabr ayı ərzində debitor borc 3 faiz azalıb. 1 yanvar 2013-cü il tarixə mövcud olan debitor borc isə 9 ay ərzində 12,4 faiz azalıb.

Qeyd edək ki, 1 oktyabr 2013-cü il tarixə olan məlumata əsasən, əhali sektoru üzrə 106 812 məcburi köçkün ailəsi fasiləsiz olaraq təbii qazla təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti