...

Xoşbəxt Yusifzadə "Şərəf və Vicdan" ordeni ilə təltif edilib

Energetika Materials 21 Oktyabr 2013 17:09 (UTC +04:00)
ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Şərəf və Vicdan” ordeni ilə təltif edilib.
Xoşbəxt Yusifzadə "Şərəf və Vicdan" ordeni ilə təltif edilib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə "Şərəf və Vicdan" ordeni ilə təltif edilib.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, ARDNŞ-nin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, professor Xoşbəxt Yusifzadə Birləşmiş Millətlərin İctimai Təltiflər Şurasının Beynəlxalq Mükafat Komitəsi tərəfindən böyük elmi xidmətlərinə görə "Şərəf və Vicdan" ordeni ilə təltif edilib.

Xatırladaq ki, akademik X.Yusifzadə Azərbaycan Respublikasının və keçmiş Sovetlər İttifaqının bir çox nüfuzlu dövlət təltifləri və mükafatları ilə yanaşı, 2008-ci ildə neft sənayesinin inkişafında və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin möhkəmlənməsində göstərdiyi xidmətlərə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib, 2009-cu ildə isə qazandığı uğurlara görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən ''İlin alimi'' fəxri adına, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının 25 noyabr 2011-ci il tarixli qərarı ilə Türk Dünyası elminə, təhsilinə və iqtisadiyyatına böyük xidmətlərinə görə ''Türk Dünyasının Fəxri Alimi'' Beynəlxalq Mükafatına da layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti