...

Bərdə rayonunun daha 2 kəndinə təbii qaz verilib

Energetika Materials 28 Oktyabr 2013 15:54 (UTC +04:00)
Bu gün Bərdə rayonunun Əyricə və Kələntərli kəndlərinə təbii qazın verilməsinin bərpası münasibətilə tədbirlər keçirilib.
Bərdə rayonunun daha 2 kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Bu gün Bərdə rayonunun Əyricə və Kələntərli kəndlərinə təbii qazın verilməsinin bərpası münasibətilə tədbirlər keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, mərasimlərdə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 566 abonenti olan kəndlərin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 26,5 kilometr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 566 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti