...

Sabirabadın daha bir kəndi qazlaşdırılıb

Energetika Materials 16 Noyabr 2013 14:23 (UTC +04:00)
Trend-in Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) saytına istinadən verdiyi məlumata görə, noyabrın 16-da Sabirabad rayonunun Surra kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
Sabirabadın daha bir kəndi qazlaşdırılıb

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Sabirabad rayonunun Surra kəndinə təbii qaz verilib.

Trend-in Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) saytına istinadən verdiyi məlumata görə, noyabrın 16-da Sabirabad rayonunun Surra kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

Bildirilib ki, 270 abonenti olan Surra kəndinin qazlaşdırılması üçün ümumi uzunluğu 54163 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 270 ədəd sayğac quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti