...

Yanvarın 6-da Azərbaycan neftinin qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Energetika Materials 7 Yanvar 2014 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 6-da 109,84 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bazar ertəsi neftin qiymətləri cümə gününə nisbətən 0,1 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 6-da 108,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,06 dollar yuxarıdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 6-da 103,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 6-da 106,57 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,04 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti