...

Ötən ay BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub

Energetika Materials 9 Yanvar 2014 18:03 (UTC +04:00)
2013-cü ilin dekabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub.
Ötən ay BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

2013-cü ilin dekabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ötən ilin yanvar-dekabr aylarında bu kəmərlə 29,7 milyon ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il yanvar ayının 1-dək BTC-yə 235,3 milyon ton neft vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti