...

İran XİN: Tehran OPEK ilə razılaşma əldə etməyə ümid edir

Energetika Materials 16 Yanvar 2014 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Rəsmi Tehran neft hasilatı kvotası üzrə OPEK ilə razılaşma əldə etməyə ümid edir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyada səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazir "Rossiya-24" telekanalına müsahibəsində bildirib: "Mən əminəm ki, OPEK daxilində razılaşma əldə edə bilərik. İran öz həcmləri çərçivəsində neft istehsal etmək hüququndan istifadə edəcək".

M.C.Zərif əlavə edib ki, neft sazişləri Moskvada cari danışıqlarda nəzərdən keçirilməyəcək: "Bu, səfərim zamanı müzakirə ediləcək məsələ deyil. Səfərimə gəlincə, biz digər mövzular üzrə danışıqlar aparırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti