Azərbaycan, Bakı, 28 yanvar /Trend/
"Neft Daşları" yatağında daha bir quyu qazmadan sonra istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) Trend-ə verilən məlumata görə, "Neft Daşları" yatağındakı 1887 nömrəli özüldən 2678 nömrəli quyu qazmadan sonra istismara verilib.
Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılmış quyu 3030-3016 metr intervaldan sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.