...

BP Cənubi Qafqaz qaz kəməri ilə planlı həcmlərin ixracına başlayıb

Energetika Materials 10 Fevral 2014 10:42 (UTC +04:00)
BP şirkəti ("Şahdəniz" qaz-kondensat yatağının texniki operatoru) fevralın 7-də günün ikinci yarısında Səngəçal terminalında baş vermiş problem nəticəsində Cənubi Qafqaz qaz kəməri ilə nəqli azaldılan qazın normal ixracına başlayıb.
BP Cənubi Qafqaz qaz kəməri ilə planlı həcmlərin ixracına başlayıb

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir E.İsmayılov/

BP şirkəti ("Şahdəniz" qaz-kondensat yatağının texniki operatoru) fevralın 7-də günün ikinci yarısında Səngəçal terminalında baş vermiş problem nəticəsində Cənubi Qafqaz qaz kəməri ilə nəqli azaldılan qazın normal ixracına başlayıb. Bu barədə bazar ertəsi Trend-ə BP-dən deyiblər.

Hazırda Türkiyəyə 18,3 milyon, Gürcüstana 2,5 milyon, Azərbaycana isə 5,4 milyon kubmetr qaz ixrac olunur.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə Cənubi Qafqaz qaz kəməri ilə 2012-ci ildəki dörd milyard kubmetrə qarşı 4,7 milyard kubmetr qaz ixrac olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti