...

Azərbaycanın Xəzər sektorundakı qazma qurğusu planlı təmirdən sonra işə düşəcək

Energetika Materials 11 Fevral 2014 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir E.İsmayılov/

Operatoru Danimarkanın "Maersk Drilling" şirkəti olan Heydər Əliyev adına üzən qazma qurğusu planlı təmir və modernləşdirmədən sonra yaxın vaxtlarda Azərbaycanın Xəzər sektorundakı "Şahdəniz" qaz-kondensat yatağında işə düşəcək. Bunu çərşənbə axşamı Trend-ə neft-qaz bazarındakı mənbə deyib.

Mənbənin sözlərinə görə, hazırda növbəti quyunun qazıldığı yerdə olan qurğuda modernləşdirmə üzrə yekun işlər aparılır: "Bir həftədən sonra işlər tam başa çatdırılacaq və qurğu istismara veriləcək".

Onun sözlərinə görə, platforma "Şahdəniz"in işlənməsinin II mərhələsi çərçivəsində qabaqlayıcı qazma üzrə işlər görəcək. Hazırda yataqda "İstiqlal" üzən qazma qurğusu işləyir.

"Şahdəniz" dəniz yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilənin iştirakçıları bunlardır: BP (operator) - 28,8 faiz, Statoil - 15,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, Lukoil - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 16,7 faiz.

"Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti