Azərbaycan, Bakı, 5 mart /Trend/
Bu gün Masallı rayonunun Dəlləkli kəndinə təbii qaz verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə bildirilib ki, 28 abonenti olan Dəlləkli kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 2835 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 28 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.