...

Azərbaycan alternativ enerji üçün avadanlıqların idxalını gömrük rüsumundan azad edir

Energetika Materials 1 May 2014 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.İsmayılov/

Nazirlər Kabinetinin qərarına əsasən, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər gömrük rüsumlarından və əlavə dəyər vergisindən (ƏDV) azad edilirlər.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilən qərarında deyilir.

Bu qərar xüsusilə alternativ və bərpa olunan enerji sahəsində tətbiq olunan qurğulara, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarına şamil edilir.

Nazirlər Kabinetinin qərarı dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 10 il müddətində qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti