...

Natiq Əliyev: Qazaxıstanın "Kaşaqan" yatağında hasil edilən neftin bir hissəsi BTC ilə nəql olunacaq

Energetika Materials 15 May 2014 15:11 (UTC +04:00)
Qazaxıstanın "Kaşaqan" yatağında neft hasilatı həcmlərinin artırılması ilə əlaqədar bu neftin bir hissəsi Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunacaq.
Natiq Əliyev: Qazaxıstanın "Kaşaqan" yatağında hasil edilən neftin bir hissəsi BTC ilə nəql olunacaq

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.İsmayılov/

Qazaxıstanın "Kaşaqan" yatağında neft hasilatı həcmlərinin artırılması ilə əlaqədar bu neftin bir hissəsi Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev "The Business Year" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qazaxıstan tərəfi bildirir ki, birinci mərhələdə yataqdan ildə 23 milyon ton, ikinci mərhələdə isə 50 milyon ton neft hasilatı planlaşdırılır: "Belə olan halda neftin bir hissəsi qərbə Azərbaycan ərazisindən keçməklə ixrac olunacaq".

Qazaxıstan nefti artıq Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə ixrac olunur.

Bir müddət əvvəl Qazaxıstanın neft və qaz naziri Uzakbay Karabalin bildirmişdi ki, "Tengiz" yatağından Qazaxıstan neftinin BTC ilə gözlənilən ixrac həcmləri 2014-cü ildə 3 milyon ton təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti