...

"Çilov" yatağında stasionar dəniz özülünün tikintisi davam etdirilir

Energetika Materials 24 İyul 2014 16:08
ARDNŞ-nin “Neftqaztikinti” tresti neft hasilatı məqsədilə “28 May” NQÇİ tərəfindən işlənilən “Çilov” yatağında 10 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulmuş 112 saylı stasionar dəniz özülünün tikintisi üzrə işləri uğurla davam etdirir.
"Çilov" yatağında stasionar dəniz özülünün tikintisi davam etdirilir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 iyul /Trend/

ARDNŞ-nin "Neftqaztikinti" tresti neft hasilatı məqsədilə "28 May" NQÇİ tərəfindən işlənilən "Çilov" yatağında 10 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulmuş 112 saylı stasionar dəniz özülünün tikintisi üzrə işləri uğurla davam etdirir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, stasionar dəniz platforması iki hissədən - istehsalat və yaşayış sahələrindən ibarətdir. Ümumi sahəsi 1920 kvadrat metr təşkil edən istehsalat hissəsi beş dayaq blokundan ibarətdir. Gəmilərin yanalmasını təmin etmək üçün üç tərəfdə minik və yanalma meydançaları tikilib. 600 kvadrat metrlik yaşayış sahəsi isə iki dayaq blokundan ibarətdir.

İstehsalat və yaşayış sahələri hər birinin uzunluğu 33 metr olan iki piyada körpüsü vasitəsilə əlaqələndirilib. Yaşayış hissəsinın şərq və qərb tərəfində minik meydançaları tikilib. Sahə qəza vaxtı işçilərin evakuasiyasını təşkil etmək üşün 42 yerlik xilasedici qayıqla təmin olunub.

"Çilov" yatağında 10 ədəd istismar quyusunun qazılması üçün 112 saylı stasionar dəniz özülünün yaxın vaxtlarda istismara təhvil verilməsi nəzərdə tutulur. Tikinti-quraşdırma işləri "Neftqaztikinti" trestinin 8 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti