...

Azərbaycan neftinin qiymətləri: 11-15 avqust həftəsinin yekunları

Energetika Materials 18 Avqust 2014 13:13 (UTC +04:00)
Ötən həftə - 11-15 avqust tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 104,21 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən bir barelə görə 1,73 dollar azdır.
Azərbaycan neftinin qiymətləri: 11-15 avqust həftəsinin yekunları

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir Emil İsmayılov/

Ötən həftə - 11-15 avqust tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 104,21 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən bir barelə görə 1,73 dollar azdır.

Trend-in məlumatına görə, 11-15 avqust həftəsində AZERI LT-nin qiyməti maksimum 106,1, minimum isə 102,98 dollar/barel təşkil edib.

11-15 avqust həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 101,78 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən bir barelə görə 1,35 dollar çoxdur.

Ötən həftə URALS-ın qiyməti maksimum 103,61, minimum isə 100,54 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

11-15 avqust həftəsində "Brent Dated" növünün orta qiyməti təqribən 101,67 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən bir barelə görə 1,66 dollar azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 103,54 dollar, minimum isə 100,45 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti