...

"Çilov" yatağında stasionar dəniz özülünün tikintisi başa çatıb

Energetika Materials 28 Avqust 2014 16:37
“Çilov” yatağında 10 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan 112 saylı stasionar dəniz özülünün tikintisi başa çatıb.
"Çilov" yatağında stasionar dəniz özülünün tikintisi başa çatıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 avqust /Trend/

"Çilov" yatağında 10 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan 112 saylı stasionar dəniz özülünün tikintisi başa çatıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, 28 May adına NQÇİ-nin sifarişi ilə "Neftqaztikinti" Trestinin 8 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən inşa edilmiş özül dənizin 5-6 metr dərinliyində, layihə nöqtəsində quraşdırılıb. Ümumi sahəsi 2520 kvadratmetr olan özül iki hissədən - istehsalat və mədəni-məişət hissələrindən ibarətdir. 5 dayaq bloklu istehsalat sahəsinin ümumi sahəsi 1920 kvadratmetrdir.

Özül üç tərəfdən 4 minik və 6 yanalma meydançaları ilə təchiz olunub. Mədəni-məişət hissəsi 2 ədəd dayaq blokundan ibarətdir. Dayaq blokları arasındakı boşluq aralıq seksiyası ilə tamamlanır. 600 kvadratmetrlik mədəni-məişət sahəsi istehsalat sahəsi ilə uzunluğu 33 metr olan 2 ədəd piyada körpüsü ilə birləşir.

Özüldə 1 ədəd 42 yerlik xilasedici qayıq quraşdırılıb. Bundan başqa, müxtəlif metal konstruksiyalar, bloklararası rabitə və texnoloji avadanlıqlar üçün postamentlər quraşdırılıb, yanacaq və su boruları çəkilib.

Obyektin yaxın vaxtlarda istismara verilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti