...

ARDNŞ bu ilin 8 ayı ərzində 90 min metrə yaxın qazma işi görüb

Energetika Materials 3 Sentyabr 2014 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

2014-cü ilin avqust ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 8252 metr qazma işi həyata keçirib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ümumiyyətlə, 2014-cü ilin yanvar-avqust aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 89 375 metr qazma işi görülüb ki, bunun da 87 747 metri istismara, 1628 metri isə kəşfiyyata aid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti