...

BP: Səmt qazının məşəllərdə yandırılması təhlükəsizlik tələbidir

Energetika Materials 11 Sentyabr 2014 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Xəzərin Azərbaycan sektorunda Britaniyanın BP şirkətinin əməliyyat fəaliyyəti çərçivəsində səmt qazının məşəllərdə yandırılması təhlükəsizlik tələbidir. Trend xəbər verir ki, bu barədə cümə axşamı "Xəzər şelfi" Beynəlxalq Konfransında "BP Azerbaijan" şirkətinin Ətraf Mühit Departamentinin baş mütəxəssisi Armita de Souza bildirib.

Onun sözlərinə görə, bəzi hallarda səmt qazının yandırılmasının təmin etmək onun tutulmasından daha təhlükəsizdir.

O qeyd edib ki, səmt qazının atmosferə atılması atmosferə onun məşəllərdə yandırılmasından daha mənfi təsir göstərir.

BP nümayəndəsinin sözlərinə görə, hazırda Azərbaycanda məşəllərdə səmt qazının iki faizə yaxını yandırılır.

De Souza həmçinin bildirib ki, Azərbaycanda ətraf mühitin mühafizəsi işi çərçivəsində səmt qazının yandırılması prosesinin sosial və ətraf mühitə təsirinin həssas nöqtələrinin müəyyən edilməsi üzrə tədqiqat aparılıb.

O qeyd edib ki, 2004-cü ildən 2014-cü ilədək Azərbaycanda bununla əlaqədar 119 monitorinq əməliyyatı keçirilib ki, onlardan 92-si dənizdə, 24-ü sahilyanı zonada, 38-i quruda aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti