Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Emil İsmayılov/
11 il ərzində "Azəristiliktəchizat" ASC-nin balansında olan qazanxanaların sayı 3,2 dəfə artıb. Bunu Trend-ə ASC-dən deyiblər.
ASC-dən qeyd ediblər ki, 2014-2015-ci il paylz-qış mövsümünə hazırlıq çərçivəsində qazanxanaların sayı 530-dək artırılıb, istilik verilən yaşayış binalarının sayı isə 988-dən (2004-2005-ci illər mövsümü) 3500-dək artıb.
Qurumdan bildiriblər ki, qazanxanalardan başqa, ASC-nin balansında 105 istilikpaylayıcı məntəqə var.
Qeyd edək ki, Azərbaycanın dağlıq rayonlarında isitmə mövsümü noyabrın 1-dən, digər bölgələrdə isə noyabrın 15-dən başlayır.