...

Qaz verilən yeni tikililərin sayı artır

Energetika Materials 4 Noyabr 2014 19:42 (UTC +04:00)
"Azəriqaz" İstehsalat Birliyi (İB) bu ilin yanvar-oktyabr aylarında 160 çoxmərtəbəli binanı qazlaşdırıb.
Qaz verilən yeni tikililərin sayı artır

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Emil İsmayılov/

"Azəriqaz" İstehsalat Birliyi (İB) bu ilin yanvar-oktyabr aylarında 160 çoxmərtəbəli binanı qazlaşdırıb. Bunu Trend-ə Birlikdən deyiblər.

İB-dən bildiriblər ki, qeyd edilən binalarda 12 179 mənzil qazlaşdırılıb.

Ötən il Azərbaycanda ümumilikdə 149, 2012-ci ildə isə 60 çoxmərtəbəli bina qazlaşdırılmışdı.

İB-nin məlumatına görə, ölkədə qaz abonentlərin sayı 1,7 milyonu ötür. Ölkədə qazlaşdırmanın səviyyəsi 90,4 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti