...

Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 7 Noyabr 2014 10:22 (UTC +04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 15:00-dək Hacıqabul və Şirvan, saat 11:00-dan 17:00-dək Xətai, saat 18:00-dək Ağdam, işlər başa çatanadək isə Xəzər və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti