...

"Neft Daşları"nda nə qədər neft qalıb?

Energetika Materials 7 Noyabr 2014 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir Emil İsmayılov/

"Neft Daşları" yatağının qalıq neft ehtiyatları 22-23 milyon ton təşkil edir. Trend xəbər verir ki, bu barədə cümə günü "Neft Daşları" yatağından ilk neftin hasil olunmasının 65 illiyinə həsr edilmiş tədbirdə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, yeni sahələrin açılışı yataqlarda daha uzunmüddətli neft hasil etməyə imkan verəcək.

Tədbirin gedişində ARDNŞ-nin "Azneft" İB-nin baş direktoru Daşqın İskəndərovun deyib ki, "Neft Daşları" dəniz yatağının işlənməsinə başlanandan buradan 171 milyon ton neft hasil olunub.

O bildirib ki, bundan başqa, istismar olunduğu 65 il ərzində yataqdan 14 milyard kubmetrə yaxın qaz çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti