...

Britaniya parlamentində Azərbaycanın enerjidaşıyıcıların tədarükçüsü qismində rolundan bəhs olundu (FOTO)

Energetika Materials 19 Noyabr 2014 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir Aygün Bədəlova/

Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) Böyük Britaniya parlamentində təşkil etdiyi debatlar zamanı Azərbaycanın enerjidaşıyıcıların tədarükçüsü və tranzit ölkə qismində oynadığı və oynayacağı rol müzakirə olunub. Trend xəbər verir ki, bu barədə TEAS-ın "PRWeb" saytında dərc olunan məlumatında deyilir.

Debatlara parlamentin üzvü Devid Hamilton rəhbərlik edib. Onun sözlərinə görə, hazırda Britaniya üçün enerji resurslarının tədarükünün təhlükəsizliyi vacib məsələdir: "Bu il Azərbaycana səfər etdim. Məni BP-nin opetaroru olduğu "Şahdəniz" yatağının işlənməsi layihəsinin və "Cənub Qaz Dəhlizi" layihəsinin necə inkişaf etmələri maraqlandırırdı. Britaniya bu layihə çərçivəsində qaz tədarüklərini gözləyir".

TEAS-ın Böyük Britaniyanın ictimai işləri üzrə meneceri Cek Peqoraro qeyd edib ki, Ukraynadakı vəziyyət və Liviyadakı vətəndaş müharibəsi Avropa İttifaqına enerjidaşıyıcıların tədarükü marşrutlarının şaxələndirilməsinin vacibliyini göstərdi: "Azərbaycanın enerji resurslarının tədarükçüsü qismində əhəmiyyətini anlamaq lazımdır. "Cənubi Qaz Dəhlizi"nin yaradılması isə gələcəkdə bu ölkənin əhəmiyyətini daha da artıracaq".

Britaniyalı deputat Endi Souford isə debatlarda bildirib ki, enerji tədarüklərinin uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün vacib siyasi qərarlar qəbul etmək və bu sahədə iri sazişlər bağlamaq lazımdır: "Bu yaxınlarda Ukraynaya səfərim zamanı başa düşdüm ki, bu ölkədəki böhran böyük problemləri əks etdirir, Aİ-yə enerji resurslarının tədarükü isə risklərlə bağlıdır. "Cənub Qaz Dəhlizi"nin təməlinin qoyulması tezliklə enerjidaşıyıcıların tədarükü üzrə yeni mənbə olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti