Azərbaycan, Bakı, 21 yanvar /Trend/
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yeni çəkilmiş qaz xəttinin mövcud kəmərə birləşdirilməsi ilə əlaqədar bu gün saat 18:00-dək Lənkəran və Ucar rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.