...

2014-cü ildə Azərbaycanda 58 yaşayış məntəqəsi qazlaşdırılıb

Energetika Materials 27 Yanvar 2015 15:27 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “Azəriqaz” İstehsalat Birliyi Azərbaycanın 25 rayonunda 58 yaşayış məntəqəsini qazlaşdırıb.
2014-cü ildə Azərbaycanda 58 yaşayış məntəqəsi qazlaşdırılıb

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Emil İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi Azərbaycanın 25 rayonunda 58 yaşayış məntəqəsini qazlaşdırıb. Trend-in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, ötən il şəbəkənin qaz nəqletmə imkanlarının artırılması, yaşayış məntəqələrinin qazlaşdırılması üçün 1436,56 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 353,9 km qaz kəməri əsaslı təmir olunub.

Ə.Hacıyev bildirib ki, 2015-ci ilin yanvar ayının 1-nə olan tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 732 266-a çatıb: "Ümumilikdə, 2015-ci il 1 yanvar tarixinədək mövcud olan abonentlərin 1 710 004-ü əhali, 22 262-si isə qeyri-əhali abonentidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti