...

BP əsaslı xərcləri azaltmaq niyyətindədir

Energetika Materials 3 Fevral 2015 18:55 (UTC +04:00)
BP şirkəti 2015-ci ildə kəşfiyyat xərclərini azaltmaq və bəzi hasilat layihələrinin reallaşdırılması tarixini dəyişmək niyyətindədir.
BP əsaslı xərcləri azaltmaq niyyətindədir

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Emil İsmayılov/

Böyük Britaniyanın BP şirkəti 2015-ci ildə kəşfiyyat xərclərini azaltmaq və bəzi hasilat layihələrinin reallaşdırılması tarixini dəyişmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə BP-nin 2014-cü ildə fəaliyyətinin yekunları üzrə hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, göstərilən tədbirlər şirkətin xərclərini proqnozlaşdırılan 24-26 milyard dollar qarşılığında təqribən 20 milyard dollara qədər azaltmağa imkan verəcək. 2014-cü ildə şirkətin əsaslı xərcləri proqnozlaşdırılan 24-25 milyard dollara nisbətdə 22,9 milyard dollar təşkil edib.

Hesabata əsasən, bu tədbilər şirkətin ortamüddətli perspektivdə aşağı neft qiymətlərinin qorunması ehtimalına reaksiya vermək üçün apardığı işlərin hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti