...

Azərbaycan neft hasilatını artırıb

Energetika Materials 25 Mart 2015 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir Maksim Tsurkov/

2015-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 6,95 milyon ton neft və qaz-kondensat hasil edilib. Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2014-cü ilin analoji dövrünün göstəricisindən 0,8 faiz çoxdur.

2014-cü ildə Azərbaycanda 41,9 milyon ton neft və kondensat hasil olunub.

Ötən il neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun və xarici tərəfdaşlarla birlikdə işlənən "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb.

Hesabat dövründə əmtəə qazının hasilatı 3,38 milyard kubmetr (cəmi 4,77 milyard hasil edilib) təşkil edib ki, bu da 2014-cü ilin mavafiq dövründən 10,5 faiz çoxdur.

2014-cü ildə 18,7 milyard kubmetr. 2013-cü ildə isə 17,9 milyard kubmetr əmtəə qazı hasil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti