...

BP: Bakı-Tbilisi-Ceyhan boru kəmərində qəza baş verməyib

Energetika Materials 8 May 2015 17:24 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində heç bir qəza baş verməyib.
BP: Bakı-Tbilisi-Ceyhan boru kəmərində qəza baş verməyib

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir Maksim Tsurkov/

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində heç bir qəza baş verməyib. Bunu Trend-ə BTC-nin operatoru olan BP şirkətindən deyiblər.

Şirkətdən bildiriblər ki, bəzi KİV-lərin boru kəmərində qəza baş verməsi ilə bağlı yaydığı məlumatlar həqiqətəuyğun deyil.

Şirkətdən qeyd ediblər: "Neft dağılmalarının qarşısını almaq üçün onun çıxarılması məqsədilə boru kəmərində nasoslar quraşdıran şirkətin press-relizində deyilirdi ki, BTC-nin istismara verilməsindən etibarən onun işi heç vaxt dayanmayıb. Hər 6 aydan bir aparılan profilaktik işlərin həyata keçirilməsi zamanı müəyyən edilib ki, nasoslardan biri zibillə dolub. Nasosun işi 3 həftə ərzində bərpa edilib. Bu, boru kəmərinin işinə heç cür təsir etməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti