...

Taner Yıldız: “TANAP sürətlə inşa edilir”

Energetika Materials 20 May 2015 13:21 (UTC +04:00)
Transanadolu qaz xətti (TANAP) sürətlə inşa edilir.
Taner Yıldız: “TANAP sürətlə inşa edilir”

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Rufiz Hafizoğlu/

Transanadolu qaz xətti (TANAP) sürətlə inşa edilir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Taner Yıldız deyib.

T.Yıldızın sözlərinə görə, TANAP həm Türkiyə, həm region üçün böyük əhəmiyyət kəsb edir.

Nazir qeyd edib ki, Ankara Türkmənistanın da TANAP layihəsinə qoşulacağına ümid edir: "Hazırda Türkiyə 2 əhəmiyyətli layihənin reallaşması üzərində işləyir. Bu layihələrdən biri TANAP, digəri "Türk axını"dır. Bu iki layihə bir-birinə rəqib deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti